Bu ölkədə azərbaycanlı tələbələrə təqaüd verilə bilərB

Cəmiyyət Xəbər 24 Noyabr 2026 13:01 (UTC +04:00)
Bu ölkədə azərbaycanlı tələbələrə təqaüd verilə bilər
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və İndoneziya təhsil və mədəniyyət əlaqələrinin inkişafına yönəlmiş, təqaüd proqramlarının təqdimatını, mədəniyyətin təşviqini və sərgilərin təşkilini əhatə edən birgə proqram həyata keçirməyi planlaşdırır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Bakıda keçirilən İndoneziya Biznes Forumunda İndoneziyanın Azərbaycandakı səfiri Berlian Xelmi bildirib.

"Biz təqaüd proqramlarının təqdimatını keçirməyi planlaşdırırıq. Buraya Heydər Əliyev Fondu tərəfindən indoneziyalı tələbələr üçün təklif olunan təqaüdlər, eləcə də İndoneziyanın azərbaycanlı tələbələrə ölkəmizdə təhsil almaq üçün təqdim etdiyi təqaüdlər daxildir", – deyə səfir bildirib.

Bundan əlavə, proqram çərçivəsində Cakartada və ya Balidə keçirilməsi nəzərdə tutulan mədəniyyətin təşviqinə dair birgə tədbirin təşkili də planlaşdırılır.

"Digər istiqamət isə iki ölkənin mədəniyyətinə, incəsənətinə və tarixinə həsr olunmuş sərginin təşkilidir. Sərgidə incəsənət əsərləri və xalq sənətkarlığı nümunələri nümayiş etdirilə bilər. Sərginin həm İndoneziyada, xüsusilə Balidə, həm də Bakıda keçirilməsi mümkündür. İlk üç təşəbbüsü kompleks təşviqatı nəzərdə tutan vahid proqram çərçivəsində birləşdirmək istəyirik. Bu, eyni zamanda həm təhsil imkanlarını təqdim etməyə, həm də ölkələrimiz arasında mədəni əlaqələri möhkəmləndirməyə imkan verəcək", – deyə Berlian Xelmi qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti