“Barselona” komandası “Sabah”la oyun üçün Bakıya gəlib

İdman Xəbər 23 Noyabr 2026 21:38 (UTC +04:00)
“Barselona” komandası “Sabah”la oyun üçün Bakıya gəlib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” klubu Azərbaycana gəlib.

Kataloniya təmsilçisinin üzvlərini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

İspaniya nəhəngini hava limanında komandanın Azərbaycandakı azarkeşləri böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” oyunu saat 21:45-də başlayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti