ABŞ-də əhali güclü daşqınlarla bağlı xəbərdarlıq edilib

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 10:30 (UTC +04:00)
ABŞ-də əhali güclü daşqınlarla bağlı xəbərdarlıq edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Milli Meteorologiya Xidməti qarşıdakı həftə Kaliforniya ştatının San-Fransisko şəhəri ərazisində sahilyanı ərazilərdə güclü və ekstremal daşqın təhlükəsi barədə xəbərdarlıq edib.

TASS-ın məlumatına görə, bu barədə xidmətin məlumatında bildirilib.

Məlumata görə, buna yüksək qabarma-çəkilmə səviyyəsi, fırtına nəticəsində dəniz suyunun sahilə doğru qalxması və El-Nino hadisəsi ilə əlaqədar suyun istiləşərək həcminin genişlənməsinin birgə təsiri səbəb olacaq.

Sahilyanı daşqın təhlükəsi barədə xəbərdarlıq San-Fransisko və San-Pablo körfəzlərini, eləcə də Sakit okean sahillərini və Monterey körfəzini əhatə edir. Qabarma səviyyəsinin noyabrın 26-da ən yüksək həddə çatacağı və suyun səviyyəsinin normadan təxminən 1 metr yüksək olacağı gözlənilir.

Bundan əlavə, çərşənbə axşamı və çərşənbə günləri sahilyanı ərazilərdə güclü yağış və küləyin sürətinin saatda 40 milə (64 km/saat) çatacağı növbəti fırtınanın baş verəcəyi proqnozlaşdırılır. Dalğaların hündürlüyünün çərşənbə axşamı 4,3-5,5 metr, çərşənbə günü isə 5,5-7,3 metr olacağı gözlənilir. Meteorologiya Xidməti Şükranlıq Günü bayramı ilə əlaqədar avtomobil yollarında, dəmir yolu nəqliyyatında və hava əlaqəsində gecikmələrin ola biləcəyi barədə xəbərdarlıq edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti