Tahir Abdullayev UFC Qatar turnirində növbəti qələbəsini qazanıb

İdman Xəbər 21 Noyabr 2026 22:29 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı UFC döyüşçüsü Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC Qatar turnirində qələbə əldə edib.

İlkin proqram çərçivəsində çıxış edən idmançımız avstraliyalı Ceyk Mettyusla üz-üzə gəlib.

Üç raund davam edən qarşılaşmanın yekununda hakimlər yekdilliklə Tahir Abdullayevi qalib elan ediblər. Hakimlərdən ikisi döyüşü 30:27, digəri isə 29:28 hesabı ilə azərbaycanlı idmançının xeyrinə qiymətləndirib.

Beləliklə, Tahir Abdullayev UFC-də keçirdiyi ikinci döyüşündən də qələbə ilə ayrılıb.

Qeyd edək ki, idmançı iyunun 27-də Bakıda təşkil olunan “UFC Fight Night” turnirində uğurlu debüt edib. O, həmin görüşdə braziliyalı Cefferson Nasimentonu üçüncü raundda texniki nokautla məğlub edib.

Xəbər lenti

Xəbər lenti