Bakı.Trend:
2027-2030-cu illər ərzində kolleclərin müvafiq ali təhsil müəssisələrinə verilməsi və onlarla tam birgə inteqrasiyası nəzərdə tutulur.
Trend-in müxbiri xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, indiyədək ali təhsil müəssisələrinin tabeliyində
olan kolleclər olsa da, beynəlxalq təcrübəyə əsaslanaraq başlanılan
bu prosesdə tam inteqrasiya kollecin ali təhsil müəssisəsinin
ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərməsi deməkdir.
“Bu yanaşmada kolleclərdə verilən təhsil və idarəetmə modeli bakalavriatura, magistratura və doktorantura pillələrindəki proseslərdən xüsusi olaraq fərqləndirilmir. Ali təhsil müəssisəsinin kolleci, təsisatı və ya tabeliyindəki qurum vasitəsilə orta ixtisas təhsil müəssisəsindən beşinci səviyyə üzrə təhsil alanların birbaşa əmək bazarına buraxılması planlaşdırılır”,- deyə o qeyd edib.
T.Süleymanov əlavə edib ki, milli ixtisas çərçivəsində beşinci səviyyəyə həm yüksək texniki peşə, həm də orta ixtisas təhsil pilləsi daxildir.
“Planlaşdırılan əsas addımlardan biri beşinci səviyyəyə tam aydınlıq gətirilməsi, həmçinin yüksək texniki peşə və orta ixtisas təhsil pillələri arasında bəzi məqamlarda müşahidə olunan təkrarlanma və toqquşma hallarının yenidən nəzərdən keçirilməsidir”.
