İranla müharibə ABŞ ordusuna 48 milyard dollara başa gəlib

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 03:47 (UTC +04:00)

Bakı. Trend:

Fevralın sonunda başlayan münaqişədən bəri ABŞ Silahlı Qüvvələrinin İrana qarşı müharibəyə çəkdiyi xərclər 48 milyard dolları ötüb.

Bu barədə Pentaqonun nümayəndəsi bildirib.

“Bu məbləğə döyüş sursatları, hərbi texnika və avadanlıqların əvəzlənməsi xərcləri, eləcə də əməliyyat xərcləri daxildir”, - deyə Pentaqonun baş nəzarətçi müavini Artur Miller ABŞ Konqresində Hərbi Dəniz Qüvvələri nazirinin maliyyə idarəçiliyi üzrə köməkçisi vəzifəsinə namizədliyinin müzakirəsi ilə bağlı dinləmələrdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu məbləğə Yaxın Şərqdəki ABŞ hərbi bazalarına dəymiş ziyan daxil deyil. Həmin bazaların bəziləri İranın pilotsuz uçuş aparatları və raket hücumları nəticəsində ciddi zərər görüb. Həmçinin dünya iqtisadiyyatına dəymiş ziyan da bu məbləğə daxil edilməyib.

Xəbər lenti

Xəbər lenti