“Şahdəniz Kompressiya” layihəsi qrafiki qabaqlayır və büdcə çərçivəsində icra olunur – bp

Energetika Xəbər 19 Noyabr 2026 14:00 (UTC +04:00)
“Şahdəniz Kompressiya” layihəsi qrafiki qabaqlayır və büdcə çərçivəsində icra olunur – bp
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

“Şahdəniz Kompressiya” layihəsi üzrə işlər qrafiki qabaqlayaraq və təsdiq edilmiş büdcə çərçivəsində aparılır. Oktyabr ayında layihənin dəniz sahəsində artıq svayların quraşdırılmasına başlanılıb.

Bunu jurnalistlərə bp-nin Xəzər dənizi, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, layihə obyektlərinin tikintisi paralel olaraq bir neçə meydançada davam etdirilir.

"Xüsusilə, dayaq blokları Bakı Dərin Özüllər Zavodunda, üst modullar isə Bayıl tikinti-quraşdırma meydançasında hazırlanır.

Yaxşı xəbər ondan ibarətdir ki, oktyabr ayı ərzində dəniz sahəsində artıq svayların quraşdırılması həyata keçirilib. Bundan sonra onların üzərində müvafiq konstruksiyalar quraşdırılacaq", – deyə Aslanbəyli qeyd edib.

O vurğulayıb ki, layihə nəzərdə tutulmuş büdcəni aşmadan, qrafiki qabaqlayaraq icra olunur.

bp-nin vitse-prezidentinin sözlərinə görə, hazırda platformanın elektrikləşdirilməsi məsələləri üzrə də danışıqlar aparılır.

B.Aslanbəyli qeyd edib ki, platforma personalın daimi iştirakı olmadan fəaliyyət göstərəcək. Bundan əlavə, şirkət kompressor platformasının tamamilə elektrikləşdirilməsi üzərində işləyir.

"Shah Deniz Compression" layihəsinin 2029-cu ildə reallaşdırılacağı gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti