Peruda “El-Ninyo” təhlükəsi ilə əlaqədar yanacaq təchizatı sahəsində fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 07:46 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Peru hökuməti “El-Ninyo” iqlim fenomeninin karbohidrogen sektorunda yarada biləcəyi mümkün fasilələrin qarşısını almaq məqsədilə ölkə üzrə yanacaq təchizatı zəncirində fövqəladə vəziyyət elan edib.

Perunun Energetika və Mədən Sənayesi Nazirliyinin məlumatına görə, qərar kəskin hava şəraitinin mümkün təsirlərinə baxmayaraq, ölkədə yanacaq təchizatının fasiləsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradacaq.

Fövqəladə rejim karbohidrogenlərin emalı, neftayırma, saxlanması və satışı da daxil olmaqla, bütün təchizat zəncirini əhatə edir. Qərarda leysan yağışların, daşqınların, sellərin və torpaq sürüşmələrinin ölkənin müxtəlif bölgələrində sektorun strateji infrastrukturuna zərər vura biləcəyi nəzərə alınıb.

Bildirilib ki, tədbirlər nəqliyyat, istehsalat, ticarət və elektrik enerjisi təchizatı kimi zəruri ictimai xidmətlərdə mümkün fasilələrin qarşısını almağa yönəlib.

Nazirliyin məlumatına əsasən, xam neft, təbii qaz, maye yanacaq və mayeləşdirilmiş neft qazı da daxil olmaqla, karbohidrogenlər Perunun milli enerji balansının 67 faizini təşkil edir.

Rəsmi “El Peruano” qəzetində dərc olunan qərar dərc edildiyi gündən sonrakı gün qüvvəyə minəcək və səkkiz ayadək davam edəcək. Vəziyyətin qiymətləndirilməsi və zəruri tədbirlərin müəyyənləşdirilməsi Perunun Energetika və Mədən Sənayesi İnvestisiyalarına Nəzarət İdarəsinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti