Xocavənd.Trend:
Alban-Udi xristian dini icmasının nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfərləri çərçivəsində Xocavənd rayonunda yerləşən Amaras monastırını ziyarət ediblər.
Trend-in Qarabağ bürosunun məlumatına görə, ziyarət Xocavənd rayonunun Cütcü kəndi ərazisində yerləşən tarixi monastıra təşkil olunub.
IV əsrə aid Amaras monastırı Qafqaz Albaniyasının qədim dini irsinin mühüm nümunələrindən biri olmaqla yanaşı, tarixi dini və yepiskopluq mərkəzlərindən biri hesab edilir.
Qeyd edək ki, icma nümayəndələri bundan əvvəl işğaldan azad edilmiş ərazilərdəki digər qədim Alban məbədlərinə, o cümlədən Laçın rayonundakı Ağoğlan və Kəlbəcər rayonundakı Xudavəng monastırlarına da səfər ediblər. Amaras monastırına ziyarət isə icma nümayəndələrinin bu məkana ilk səfəridir.
