Serbiyada qırıcı qəzaya uğrayıb

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 14:45 (UTC +04:00)
Serbiyada qırıcı qəzaya uğrayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Serbiya Silahlı Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi ölkənin şimal-qərbində qəzaya uğrayıb.

Bu barədə "RTS" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində təyyarənin pilotunun həlak olduğu bildirilir.

Təyyarə Batajnitsa aerodromunda dislokasiya olunmuş 204-cü Aviasiya Briqadasına məxsus olub. Qırıcı Nova-Pazova və Stara-Pazova yaşayış məntəqələri arasındakı ərazidə, çöllük sahəyə düşüb.

Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti