Süni intellekt əmək bazarını necə dəyişir? – Milli Məşğulluq Forumunda müzakirə

Cəmiyyət Xəbər 16 Noyabr 2026 16:52 (UTC +04:00)
Süni intellekt əmək bazarını necə dəyişir? – Milli Məşğulluq Forumunda müzakirə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Milli Məşğulluq Forumu 2026 çərçivəsində “Süni intellekt və əmək bazarı: işlər yox olur, yoxsa dəyişir?” mövzusunda panel müzakirəsi keçirilib.

Trend-in müxbiri xəbər verir ki, “Paşa Maliyyə Holdinq" şirkətində xarici innovasiyalar üzrə menecer, "INmerge Ventures" fondunun partnyoru Hüseyn Mahmudovun moderatorluğu ilə keçirilən paneldə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) rəqəmsal texnologiyalar üzrə baş texniki direktor Cavid Mahmudzadə, "Yango Azərbaycan" şirkətinin baş direktoru Müşfiq Həsənov, Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində İşçi Qüvvəsinin İnkişafı Mərkəzinin əmək sektoru üzrə tədqiqat və proqnozlaşdırma departamentinin müdiri Ruslan Tleubayev və "SABAH.city"nin baş icraçı direktorunun müavini Nurcan Baxşıyeva iştirak ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) rəqəmsal texnologiyalar üzrə baş texniki direktor Cavid Mahmudzadə qeyd edib ki, İT sektorunda və keyfiyyət təminatı (QA) sahəsində baş verən dəyişikliklər əmək bazarı üçün yeni çağırışlar ortaya çıxarır.

“Əvvəllər hər şeyin manual test edildiyi keyfiyyətə nəzarət prosesləri artıq avtomatlaşdırmaya yönəlir. Bu səbəbdən mütəxəssislər test skriptləri yazmalı, prosesləri daha sürətli və keyfiyyətli etmək üçün yeni bacarıqlar qazanmalıdırlar. İT və digər sahələrdə işə götürənlər sahib olduqları yeni bacarıqları açıq şəkildə paylaşmalıdırlar”,- deyə o bildirib.

Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində İşçi Qüvvəsinin İnkişafı Mərkəzinin əmək sektoru üzrə tədqiqat və proqnozlaşdırma departamentinin müdiri Ruslan Tleubayev öz çıxışında vurğulayıb ki, Qazaxıstanda əmək bazarının inkişafı və məşğulluq sahəsində üç əsas halqadan ibarət vahid zəncir qurulub.

“Peşəkar standartların hazırlanmasında işəgötürənlər, respublika və regional sahə şuraları, eləcə də dövlət qurumları yaxından iştirak edirlər. Qazaxıstanda tətbiq olunan bu iş formatı özünü daha uğurlu kimi doğruldub”, - deyə o əlavə edib.

"Yango Azərbaycan" şirkətinin baş direktoru Müşfiq Həsənov bildirib ki, mütəxəssislər süni intellektin (Sİ) tətbiqinə dair həm skeptik, həm də real yanaşmalar sərgiləyirlər.

“Aparılan araşdırmalar göstərir ki, süni intellekt tapşırıqların yerinə yetirilməsində maksimal dərəcədə kömək edə bilir.

İş prosesində süni intellektə qarşı ilkin skeptik yanaşmalara baxmayaraq, düzgün tətbiq olunduğu təqdirdə o, vaxta qənaət və məhsuldarlığın artırılmasında əvəzolunmaz alətə çevrilə bilir”,- deyə o qeyd edib.

Panel müzakirəsi zamanı süni intellekt texnologiyalarının məşğulluq sektoruna təsirləri, mövcud peşələrin transformasiyası və gələcək trendlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti