Geomaqnit qasırğası gözlənilir

Cəmiyyət Xəbər 16 Noyabr 2026 11:48 (UTC +04:00)
Geomaqnit qasırğası gözlənilir
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

17-18 noyabr tarixlərində Yer kürəsində G1 səviyyəli (zəif) geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanasının kosmik hava şəraiti ilə bağlı proqnozunda qeyd olunub.

Proqnoza əsasən, geomaqnit qasırğasına noyabrın 14-də qeydə alınmış Tac Kütlə Atılmaları və Tac Dəliyi Axınlarının təsiri səbəb olacaq.

Qeyd edək ki, hesabat dövründə, noyabrın 7-də də Tac Dəliyi Axınlarının təsiri ilə G1 səviyyəli geomaqnit qasırğası qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti