Lukas Afriko Azərbaycana qayıda bilər

İdman Xəbər 15 Noyabr 2026 22:29 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

“Kayrat” klubunun müdafiəçisi Lukas Afriko yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər.

Braziliyalı futbolçunun xidmətləri Premyer Liqanın bir neçə klubuna təklif olunub.

Məlumata görə, Qazaxıstan təmsilçisinin futbolçusu ilə maraqlanan Azərbaycan klubları var. Afrikonun qış transfer pəncərəsində Azərbaycana qayıtması gözlənilir.

Onun “Kayrat”la müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.

Qeyd edək ki, Lukas Afriko karyerası ərzində “Londrina”, “Maritimo”, “Eştoril”, “Qəbələ”, “Farense” və “Vanspor” klublarında çıxış edib.

Xəbər lenti

Xəbər lenti