Bakı. Trend:
Amerikanın "Nvidia" korporasiyasının direktorlar şurası Jensen Huanqın istefasından sonra baş direktor vəzifəsinə potensial namizədlərlə danışıqlar aparılması barədə mediada yayılan məlumatları təkzib edib.
“Hazırda potensial namizədlərlə rəsmi müzakirələr aparmamışıq. İstər daxili, istərsə də xarici namizədlərlə bağlı hər hansı fərziyyə irəli sürmək hələ tezdir”, – deyə Nvidia rəhbərliyindən bildirilib.
Korporasiyanın direktorlar şurası həmçinin yeni baş direktorun axtarışını həyata keçirəcək işə qəbul şirkətinin seçilməsi prosesinin davam etdiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Jensen Huanq dünyanın aparıcı süni intellekt çipləri istehsalçılarından biri olan "Nvidia" şirkətinin baş direktoru və prezidenti, eləcə də direktorlar şurasının üzvü vəzifələrindən istefa verib.
