İkardi azyaşlı qızını döyməkdə ittiham olunur

Dünya xəbərləri Xəbər 13 Noyabr 2026 19:46 (UTC +04:00)
İkardi azyaşlı qızını döyməkdə ittiham olunur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qalatasaray" klubunun və Argentina millisinin sabiq hücumçusu Mauro İkardi 11 yaşlı qızına yüngül bədən xəsarətləri yetirməkdə ittiham olunur.

Bu barədə "Championat" portalı yazır.

Hadisə noyabrın 6-da Buenos-Ayres şəhərinin ətrafında yerləşən mühafizə olunan La-İsla yaşayış kompleksində baş verib. Uşaq kömək istəmək üçün anasına mesajlar göndərib, bundan sonra anası polisə müraciət edib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları futbolçunun keçmiş həyat yoldaşı Vanda Nara ilə söhbət ediblər. O, keçmiş həyat yoldaşının qızlarını danladığını bildirib. Uşaq anasının himayəsinə verilib.

Gender zorakılığı ilə mübarizə şöbəsinin prokuroru Xulio Petruççi bədən xəsarətlərinin yetirilməsi faktı ilə bağlı araşdırmaya başlayıb. O, azyaşlının məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə göstəriş verib və İkardi barəsində cinayət işinin başlanması barədə məlumat verib.

Noyabrın 12-də futbolçu ifadə vermək üçün vəkillərinin müşayiəti ilə prokurorluğa gəlib. İkardinin müdafiə tərəfi açıqlama yayaraq, istintaqın hadisələrin yalnız bir versiyasına əsaslandığını bildirib.

“Biz imtiyaz tələb etmirik. Biz bərabər münasibət tələb edirik”, – deyə vəkillərin sözlərini “Infobae” nəşri sitat gətirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti