İddialı Fransa İtaliya səddini keçə bilmədi – UEFA Millətlər Liqası

Dünya xəbərləri Xəbər 13 Noyabr 2026 12:52 (UTC +04:00)
İddialı Fransa İtaliya səddini keçə bilmədi – UEFA Millətlər Liqası
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə UEFA Millətlər Liqasında 5-ci turunda 8 oyun keçirilib.

UEFA Millətlər Liqasının A liqasının 1-ci qrupunda turun oyunlarında hesab olunan İtaliya yığması Milan şəhərində Fransa yığmasını qəbul edib. Hesabda fransızların önə keçməsinə baxmayaraq, italiyalılar geridönüş edərək 3:1 hesabı ilə qalib gəlib və qrupun liderliyinə yiyələniblər.

1-ci qrupun digər oyununda Türkiyə yığması İzmir şəhərində Belçikaya legioneri Arda Gülərin baxımlı qolu ilə hesabı açsa da, belçikalılar De Bröyne və De Ketelarenin qolları ilə səfərdən 3 xalla geri dönüblər.

5-ci turdan sonra İtaliya və Fransa 10 xalla 1 və 2-ci yeri bölüşür. 9 xallı Belçika 3-cü yerdə, xalı olmayan Türkiyə sonuncudur.

A Liqasının 3-cü qrupunda son Dünya Çempionu İspaniya Çexiyanı səfərdə 2:0, İngiltərə isə doğma divarlar arasında Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. 5-ci turdan sonra İspaniya maksimum xal, 15 xalla qrupa liderlik edir. 12 xalı olan İngiltərə 2-ci, 3 xalla Xorvatiya 3-cü və xalı olmayan Çexiya sonuncudur.

C Liqasının 1-ci qrupunda Albaniya millisi San Marinonu 2:1, Belarus isə Finlandiyanı 1:0 hesabı ilə məğlub edib. 5-ci turun yekununda qrupda Albaniya 12 xalla 1-ci, Belarus 10 xalla 2-ci , Finlandiya 7 xalla 3-cüdür. Xalı olmayan San Marino qrupda autsayderdir.

C Liqasının 2-ci qrupunda Monteneqro yığması 57-ci dəqiqədən 10 nəfərlə mübarizə aparmasına baxmayaraq yekunda Latviyanı 2:1 hesabı ilə məğlub edib. Qrupun digər oyununda isə Ermənistan-Kipr qarşılaşmasında qalib müəyyənləşməyib: 1:1. 5 turdan sonra qrupa 13 xalla Monteneqro başçılıq edir. 9 xalı olan Kipr 2-ci, 5 xalı olan Ermənistan 3-ü və 1 xalı olan Latviya sonuncudur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti