Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

Cəmiyyət Xəbər 13 Noyabr 2026 12:33 (UTC +04:00)
Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manata çatıb.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2026-cı ilin sentyabr ayına olan məlumata əsasən, vergilər daxil olmaqla, müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edib.

"Sertifikasiyada iştirak etməyən və ya bu prosesə cəlb olunmayan şəxslərin orta aylıq əməkhaqqı 770 manat təşkil edir. Sertifikasiyada müvafiq nəticə göstərərək əməkhaqqına 10 faiz əlavə alan şəxslərin orta aylıq maaşı isə 1010 manatdır. 51 baldan yüksək nəticə göstərən şəxslərin orta aylıq əməkhaqqı 1320 manata çatdırılıb.

Bu islahatın həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsində 286,4 milyon manat vəsait nəzərdə tutulub",- deyə əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti