Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib

Gündəm Xəbər 13 Noyabr 2026 11:03 (UTC +04:00)
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov helikopter qəzası ilə əlaqədar Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:

"Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti