“PAŞA Sığorta” iki ayda milyonlarla manatlıq zərəri qarşılayıb

Cəmiyyət Xəbər 12 Noyabr 2026 15:02 (UTC +04:00)
“PAŞA Sığorta” iki ayda milyonlarla manatlıq zərəri qarşılayıb

Bakı. Trend:

“PAŞA Sığorta” 2026-cı ilin sentyabr və oktyabr aylarında müştərilərinə ümumilikdə 31.503.421 ₼ məbləğində sığorta ödənişi həyata keçirib. Şirkət sentyabr ayında 15.737.87 ₼, oktyabr ayında isə 15.766.334 ₼ sığorta hadisələri üzrə müştərilərinin zərərini ödəyib.

İki ayın nəticələri göstərir ki, şirkətin sığorta ödənişləri hər iki ayda 15,7 milyon manat səviyyəsində olub.

Qeyd olunan ödənişlər könüllü və icbari sığorta öhdəlikləri çərçivəsində baş vermiş hadisələr üzrə müştərilərə ödənilən vəsaitləri əhatə edir.

“PAŞA Sığorta” Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən lider şirkətlərdən biri olaraq müxtəlif icbari və könüllü sığorta növləri üzrə xidmətlər təqdim edir.

Xəbər lenti

Xəbər lenti