Putin sammitin açılışını etdi, Paşinyan gəlməkdən imtina etdi

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 17:24 (UTC +04:00)
Putin sammitin açılışını etdi, Paşinyan gəlməkdən imtina etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Prezidenti Vladimir Putin Moskvada, Kreml sarayında keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin açılışını edib.

Bu barədə "Lenta" məlumat yayıb.

Görüş Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan liderlərinin iştirakı ilə keçirilir. Görüş başlamazdan əvvəl dövlət başçıları Putinlə birlikdə kollektiv foto çəkdiriblər. Sammitdə Rusiyanın təşkilata sədrliyinin yekunlarının müzakirə olunacağı gözlənilir.

Bundan əlavə, KTMT sammiti çərçivəsində regional və beynəlxalq təhlükəsizliyin perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, daha əvvəl Putin Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Taalatbek Masadıkovla görüşüb. Görüş zamanı Rusiya lideri Baş katibi salamlayıb.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan KTMT sammitinə qatılmaqdan imtina edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti