Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq (FOTO)

Siyasət Xəbər 11 Noyabr 2026 16:03 (UTC +04:00)
Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyada yerləşən Ekspo Mərkəzinə gəlib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevi, Sammitdə iştirak edən digər dövlət və hökumət başçılarını, həmçinin nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

Sammit iştirakçılarının birgə foto çəkilişi zamanı Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan səmimi söhbət ediblər.

Xəbər lenti

Xəbər lenti