ABŞ-də kilsədə terror planlaşdıran şəxsə 18 il həbs verildi

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 15:12 (UTC +04:00)
ABŞ-də kilsədə terror planlaşdıran şəxsə 18 il həbs verildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Aydaho ştatında federal məhkəmə kilsədə terror aktı hazırlamaqda təqsirli bilinən ölkə vətəndaşını 18 il müddətinə azadlıqdan məhrum edib.

TASS-ın məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında bildirilir.

İstintaqın məlumatına görə, 21 yaşlı Aleksandr Merkuri terrorçu “İslam Dövləti” (İŞİD) qruplaşmasının ideyaları ilə maraqlanmağa başlayıb. Bundan sonra o, Aydaho ştatındakı kilsələrdən birində terror aktı törətməyə hazırlaşıb.

Hüquq-mühafizə orqanlarının versiyasına görə, Merkuri odlu silah və partlayıcı maddələrdən istifadə etməklə hücum planlaşdırıb. Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları vaxtında terror aktının qarşısını alaraq şübhəlini zərərsizləşdiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti