Şəhriyar Məmmədyarov Budapeştdəki blits turnirində 20-ci yeri tutub

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 03:04 (UTC +04:00)
Şəhriyar Məmmədyarov Budapeştdəki blits turnirində 20-ci yeri tutub
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess Pilot 2026” turnirinin blits mərhələsində çıxışını başa vurub.

Qrossmeyster doqquz turda 3,5 xal toplayaraq 24 iştirakçı arasında 20-ci yeri tutub. O, üç qələbə qazanıb, bir heç-heçə edib və beş dəfə məğlub olub.

Məmmədyarov səkkizinci turda ağ fiqurlarla vyetnamlı Le Kuan Lyemlə heç-heçə edib. Sonuncu turda isə qara fiqurlarla niderlandlı Yorden van Foresti məğlub edib.

Blits yarışının qalibi yeddi xal toplayan norveçli Maqnus Karlsen olub. Fransalı Maksim Vaşye-Laqrav 6,5 xalla ikinci, ermənistanlı Levon Aronyan isə altı xalla üçüncü yeri tutub.

Qeyd edək ki, turnirin qrup mərhələsinə bu gün – noyabrın 11-də start veriləcək. Qruplarda xallar bərabər olarsa, blits yarışının yekun nəticələri nəzərə alınacaq. Turnir noyabrın 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti