Rubio Ukrayna danışıqlarının prioritetlərindən birini açıqlayıb

Dünya xəbərləri Xəbər 9 Noyabr 2026 10:08 (UTC +04:00)
Rubio Ukrayna danışıqlarının prioritetlərindən birini açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukraynanın təhlükəsizlik zəmanətləri əldə etməsi məsələsi münaqişənin nizamlanmasına dair danışıqların əsas mövzularından biridir.

"DRM News"un xəbərinə görə, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Ukrayna böhranının nizamlanmasına dair danışıqların bütün mərhələlərində təhlükəsizlik zəmanətləri məsələsi gündəmə gətirilir.

“Rusiya-Ukrayna müharibəsini müzakirə etdiyimiz bütün müddət ərzində bir məsələ daim gündəmdə olub – təhlükəsizlik zəmanətlərinin verilməsi zərurəti. Müharibədən sonra Ukraynanın və bütövlükdə Avropa qitəsinin təhlükəsizlik sistemi necə olacaq? Bu, danışıqların müzakirə olunduğu hər bir söhbət zamanı dəfələrlə gündəmə gətirilən əsas məsələlərdən biridir”, – deyə ABŞ-nin dövlət katibi bildirib.

Rubio, həmçinin vurğulayıb ki, hazırda yalnız ilkin təkliflər mövcuddur və onlar bu mərhələdə nəzərdən keçirilir. Onun sözlərinə görə, hələlik heç nə ilə bağlı yekun razılıq əldə olunmayıb.

Oktyabrda Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev üçün təhlükəsizlik zəmanətləri güclü ordunu, eləcə də ölkənin Avropa İttifaqına (Aİ) və NATO-ya üzvlüyünü əhatə etməlidir. Daha sonra o, Ukraynadakı münaqişənin nizamlanmasına dair sülh sazişi çərçivəsində Rusiyanın da təhlükəsizlik zəmanətləri əldə edə biləcəyini istisna etməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti