Ukrayna münaqişəsinin başa çatması ilə bağlı razılaşma çox yaxındır - Tramp

Dünya xəbərləri Xəbər 9 Noyabr 2026 07:07 (UTC +04:00)
Ukrayna münaqişəsinin başa çatması ilə bağlı razılaşma çox yaxındır - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin tərəflərinin razılaşma əldə etməyə çox yaxın olduğunu bildirib.

Bu barədə Donald Tramp "CBS News" telekanalına müsahibəsində deyib.

“Mən hesab edirəm ki, biz razılaşmanın əldə olunmasına çox yaxınıq”, – deyə o bildirib.

O qeyd edib ki, yaxın günlərdə “çox vacib görüş” keçiriləcək.

“Mən inanıram ki, bu müharibə başa çatacaq və tezliklə başa çatacaq”, – deyə Tramp bildirib.

O əlavə edib ki, münaqişə başa çatdıqdan sonra Ukrayna “bir qədər fərqli formaya” malik olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti