İsrail prezidenti Ayzenkota yeni hökuməti formalaşdırmaq mandatını təqdim edib

Dünya xəbərləri Xəbər 8 Noyabr 2026 19:57 (UTC +04:00)
İsrail prezidenti Ayzenkota yeni hökuməti formalaşdırmaq mandatını təqdim edib

Bakı. Trend:

İsrail Prezidenti İsxak Hersoq oktyabrın 27-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkota yeni İsrail hökumətini formalaşdırmaq üçün mandat təqdim edib.

Mandatın təqdim edilməsi mərasimi prezidentin iqamətgahında keçirilib.

“Mən sizə hökuməti formalaşdırmaq üçün mandat verirəm və sizə uğurlar arzulayıram”, – deyə Hersoq mərasim zamanı Ayzenkota bildirib.

İsrail qanunvericiliyinə əsasən, prezident tərəfindən mandatın təqdim edildiyi andan Ayzenkotun Knessetin (parlament) 120 deputatından ibarət tərkibində əksəriyyətin dəstəyini qazanması və hakim koalisiya formalaşdırması üçün 28 günlük müddət başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti