Kolumbiyada hərbi obyektə PUA hücumu nəticəsində 3 hərbçi ölüb

Dünya xəbərləri Xəbər 8 Noyabr 2026 06:31 (UTC +04:00)
Kolumbiyada hərbi obyektə PUA hücumu nəticəsində 3 hərbçi ölüb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiyanın Bolivar departamentinin cənubunda, Santa-Rosa bələdiyyəsində yerləşən hərbi obyektə partlayıcı qurğularla təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində 3 hərbçi həlak olub, daha 8-i ağır yaralanıb.

Bu barədə Kolumbiya Milli Ordusunun Birinci Diviziyası “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, hücumdan dərhal sonra müvafiq təhlükəsizlik protokolları işə salınıb, dəymiş ziyanın miqyasını və hadisənin nəticələrini müəyyənləşdirmək üçün yoxlamalara başlanılıb.

Yaralı hərbçilər tibb müəssisələrinə çatdırılıb və onların müalicəsi davam etdirilir.

Xəbər lenti

Xəbər lenti