Azərbaycan universitetlərinin ixtira və innovasiya göstəriciləri açıqlanıb

Cəmiyyət Xəbər 6 Noyabr 2026 15:23 (UTC +04:00)
Azərbaycan universitetlərinin ixtira və innovasiya göstəriciləri açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Dövlət Universiteti 24, Xəzər Universiteti isə bir ixtira ilə innovasiya və ixtira fəaliyyəti üzrə təqdim olunan göstəricilərdə yer alıb.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov cümə günü “SABAH.city”də “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “Elmi islahatlar və innovasiya” mövzusunda təlim-müzakirə sessiyasında məlumat verib.

Onun sözlərinə görə, Naxçıvan Dövlət Universitetinin işləmələri arasında insanlarda stressin müəyyənləşdirilməsinə yönələn tədqiqat da var. Bu tədqiqat orqanizmin bioloji mayelərində dihidropirimidinazayabənzər zülal 2-nin səviyyəsinin təyin edilməsinə əsaslanır.

Universitetin təqdim etdiyi innovativ həllər sırasında avtomatlaşdırılmış monitor və avadanlıq platforması, elektron imtahan proqramı, “KvantSafe” kibertəhlükəsizlik sistemi və “BioScript” də yer alır.

İ.İbrahimov bildirib ki, Xəzər Universitetinin qeydə alınmış ixtirası gümüşün fotometrik təyini üsuludur. Metod Triton X-114 və üzvi reagentin iştirakı ilə gümüşün yüksək həssaslıq və seçiciliklə müəyyən edilməsinə imkan verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin innovasiya fəaliyyəti üzrə isə iki startap və Texnologiyaların Transferi Ofisinin (TTO) nəticəsi qeyd olunub. Universitetin təqdim etdiyi işləmələrə torpaqlama müqavimətini azaltmaq üçün kompozisiya və düzaxınlı siyirtmə daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti