Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında 10-cu tura start veriləcək.
Liqa cədvəlinə əsasən, ilk oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə “Qarabağ” öz meydanında “Turan Tovuz"u qəbul edəcək. 10 turdan !9 xalı olan “Qarabağ” turnir cədvəlində 3-cü, “Turan Tovuz” isə 18 xalla 4-cüdür.
Digər qarşılaşmada “Neftçi” “Kəpəz" ilə qarşılaşacaq. Hazırda paytaxt klubu 21 xalla turnir cədvəlinin lideridir, bölgə təmsilçisi isə 17 xalla 5-ci yeri tutur.
