Bakı. Trend:
Sudanla sərhəddə silahlı insident nəticəsində iki Misir sərhədçisi həlak olub
Bu barədə Misir Silahlı Qüvvələrinin sözçüsü Əhməd Atman məlumat verib.
Onun sözlərinə görə, silahlı insident Misirin cənub sərhədində qanunsuz silahlı qruplaşmaların tərəfdarları ilə baş verib. Həmin qruplaşmaların bölgədə qanunsuz qızıl hasilatı ilə məşğul olduğu bildirilir.
Atman qeyd edib ki, son əməliyyatlar zamanı 34 odlu silah və müxtəlif çaplı 6 300-dən çox patron müsadirə edilib.
Qanunsuz qızıl hasilatı və ixracına qarşı mübarizə əməliyyatlarının növbəti mərhələsinin noyabrın 7-də başlanması planlaşdırılır.
O, bütün əməliyyatların yalnız Misir ərazisində həyata keçirildiyini və mülki şəxslərin hədəf alınmadığını vurğulayıb.
