Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlayıb

Cəmiyyət Xəbər 5 Noyabr 2026 22:10 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevirdə qonşular arasında baş verən mübahisə qanlı insidentlə nəticələnib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Şəfa Bağları yaşayış massivində baş verib.

Məlumata əsasən, 21 yaşlı Ələkbər Osmanov mübahisə zamanı qonşusu, 39 yaşlı Şahid Məmmədova bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Mingəçevir Polis Şöbəsində araşdırma davam etdirilir.

Xəbər lenti

Xəbər lenti