Noyabrın 8-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil olunacaq

Cəmiyyət Xəbər 5 Noyabr 2026 15:04 (UTC +04:00)
Noyabrın 8-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil olunacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təyin edib.

Bu barədə ADY məlumat yayıb.

Məlumata görə, noyabrın 8-də həm Gəncədən, həm də Mingəçevirdən səfərlər təşkil olunacaq.

Biletləri ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti