Karapetyan həbsxanaya göndərilib

Dünya xəbərləri Xəbər 5 Noyabr 2026 11:19 (UTC +04:00)
Karapetyan həbsxanaya göndərilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanda məhkəmə əvvəllər ev dustaqlığında olan “Taşir” şirkətlər qrupunun rəhbəri və “Güclü Ermənistan” müxalifət partiyasının lideri Samvel Karapetyanın bir ay müddətinə həbs olunması barədə qərar qəbul edib.

Bu barədə RBK məlumat yayıb.

Çərşənbə günü Karapetyan saxlanılaraq Ermənistan İstintaq Komitəsinə aparılıb.

Daha sonra Ermənistan İstintaq Komitəsi bildirib ki, Karapetyanın və onunla əlaqəli şəxslərin hərəkətləri nəticəsində “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə 64,5 milyard dram (təxminən 177 milyon dollar) məbləğində ziyan dəyib.

İstintaqın versiyasına görə, Karapetyan və 2016–2024-cü illərdə onun göstərişləri ilə hərəkət edən şəxslər özəl sektorda vəzifə səlahiyyətlərini aşmaqda, xüsusilə külli miqdarda əmlak mənimsəməkdə və pul vəsaitlərini leqallaşdırmaqda şübhəli bilinirlər.

Oktyabrın 15-də Ermənistan hökuməti Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” (EŞA) şirkətinin səhmlərinin 100 faizini üstün ictimai maraq doğuran əmlak kimi tanımaq barədə qərar qəbul edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti