ASAN xidmət mərkəzləri uğurlu bir modeldir - Al-Mashat

Cəmiyyət Xəbər 5 Noyabr 2026 10:59 (UTC +04:00)
ASAN xidmət mərkəzləri uğurlu bir modeldir - Al-Mashat
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

ASAN xidmət mərkəzləri vətəndaşların etimadının qazanılması, xidmətlərin çatdırılması və məmnuniyyətin artırılması baxımından uğurlu bir modeldir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə axşamı günü BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCWA) Baş katibinin müavini və İcraçı katibi Rania A. Al-Mashat “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammitdə çıxışı zamanı deyib.

O bildirib ki, idarəetmədə innovasiyaları irəlilətmək, dövlət sektorunun transformasiyasını sürətləndirmək və ölkələrə təcrübə mübadiləsi aparmaq üçün dəyərli imkan yaradır.

“İnnovasiyalar sahəsində öyrənməyə, yaranan problemləri araşdırmağa və tendensiyaları müəyyənləşdirməyə kömək edir. Hökumətlərin milli inkişaf strategiyaları və ambisiyalı islahat proqramları olsa da, çox vaxt bu hədəfləri nəticəyə çevirəcək institusional mexanizmlər çatışmır. İdarəetmə innovasiyası təkcə hökumətlərin nə əldə etmək istədiyi ilə deyil, həm də bunu yerinə yetirmək üçün lazımi potensiala malik olub-olmaması ilə başlamalıdır.

Ərəb regionunda dövlət potensialının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır, çünki bu region fərqli inkişaf səviyyələrinə malik ölkələri özündə birləşdirir”,- deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.

2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur.

Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti