Azərbaycan bankları normativləri pozmadan əlavə 4,6 milyard manat kredit verə bilər - Taleh Kazımov

Maliyyə Xəbər 4 Noyabr 2026 12:54 (UTC +04:00)
Azərbaycan bankları normativləri pozmadan əlavə 4,6 milyard manat kredit verə bilər - Taleh Kazımov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycan bank sistemi mövcud normativləri pozmadan əlavə 4,6 milyard manat kredit vermək imkanına malikdir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vari ildə də pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəfdə saxlanılmasına yönəldilib: 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% olub. İllik baza inflyasiya sentyabrda 4.9% təşkil edib.

Qiymətləndirmələrə görə son bir ildə inflyasiyanın dinamikasına ən çox artırıcı təsir göstərən amil ticarət tərəfdaşlarındakı inflyasiya olub.

2026-cı ilin ötən dövründə məzənnə sabitliyi valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi şəraitində təmin edilib, Mərkəzi Bank iri həcmli valyuta alışları həyata keçirib və valyuta ehtiyatları 10 ayda 3.9 mlrd. dollar və ya 34% artaraq 15.4 mlrd. dollara çatıb ki, bu da Azərbaycanın müstəqillik tarixində maksimal səviyyədir".

Sədr vurğulayıb ki, milli valyutaya inam artmaqda davam edir: "Son 1 ildə əmanətlərinin dollarlaşması rezident fiziki şəxslər üzrə 3.3 faiz bəndi azalaraq 25.7%-ə, qeyri-rezident fiziki şəxslər üzrə isə 5.7 faiz bəndi azalaraq 54.6%-ə düşüb.

Cari ildə monetar sektor göstəriciləri izafi likvidlik şəraitində formalaşıb. Məcburi ehtiyatlar çıxılmaqla bank sektorunun struktur likvidlik profisiti, cari ilin oktyabrında 6.4 mlrd. manata çataraq ötən ilin sonu ilə müqayisədə 2.2 dəfə artıb.

Bu şəraitdə banklararsı təminatsız pul bazarında bağlanmış əqdlər üzrə orta faizləri faiz dəhlizi daxilində idarə edilmişdir. Hazırda bank sistemi normativləri pozmadan 4.6 mlrd. manat əlavə kredit verə bilər".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti