İspaniya nəqliyyat naziri istefa verdiyini açıqladı

Dünya xəbərləri Xəbər 4 Noyabr 2026 00:59 (UTC +04:00)
İspaniya nəqliyyat naziri istefa verdiyini açıqladı

Bakı. Trend:

İspaniyanın nəqliyyat naziri Oskar Puente istefa verdiyini açıqlayıb.

Bu barədə "EFE" agentliyi məlumat yayıb.

Qərar Toledo əyalətində baş verən dəmir yolu qəzası fonunda qəbul edilib.

Qeyd edək ki, oktyabrın 28-də səhər saatlarında Toledo əyalətinin Urda yaşayış məntəqəsi yaxınlığında Madrid-Sevilya marşrutu ilə hərəkət edən iki sərnişin qatarı toqquşub. Qatarların vaqonlarında ümumilikdə 540-a yaxın sərnişin olub. Faciə nəticəsində azı 69 nəfər həlak olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti