Bakı. Trend:
“Qızıl top”un (“Ballon d'Or”) qalibi Hari Keyn Almaniyanın “Bavariya” klubu ilə yeni müqavilə imzalamaq ərəfəsində olduğunu təsdiqləyib.
İngiltərə millisinin kapitanı klub rəhbərliyi ilə şifahi razılıq əldə olunduğunu və rəsmi imzanın yaxın günlərdə atılacağını bildirib.
Məlumata görə, hazırda 2027-ci ilin iyununa qədər müqaviləsi olan 33 yaşlı hücumçunun yeni sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
İddialara əsasən, yeni müqaviləyə görə Keynin həftəlik məvacibi bonuslar nəzərə alınmadan təxminən 400 min funt sterlinq təşkil edəcək.
2023-cü ildə “Tottenhem”dən transfer olunan Keyn qısa müddətdə Münhen təmsilçisinin hücum xəttinin əsas fiquruna çevrilib. O, klub və milli komandadakı çıxışı ilə karyerasının ən yüksək fərdi mükafatına da layiq görülüb.
Klubun icraçı direktoru Yan-Kristian Dreesen və rəhbərliyin hüquqi sənədləşmə işlərini yekunlaşdırmasından sonra müqavilənin yaxın günlərdə rəsmən elan olunacağı gözlənilir.
