ABŞ-də qanlı Helloin - 70-dən çox ölü, 200-dən çox yaralı

Dünya xəbərləri Xəbər 2 Noyabr 2026 14:26 (UTC +04:00)
ABŞ-də qanlı Helloin - 70-dən çox ölü, 200-dən çox yaralı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-də Hellouin bayramı ilə əlaqədar baş vemriş atışmalar nəticəsində onlarla insanın ölümü, yüzlərlə insanın yaralanması qeydə alınıb. Cümə günündən bazar gününədək 201 nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb, azı 76 nəfər isə həyatını itirib.

Bu barədə "Life" məlumat yayıb.

Ən ağır hadisələrdən biri Texas ştatının Dallas şəhərində baş verib. Gecə saatlarında şəhərin məşhur əyləncə məkanı olan Dip-Ellum rayonunda üç ayrı atışma qeydə alınıb. Nəticədə dörd nəfər ölüb, daha 15 nəfər yaralanıb. Polis hücumların təfərrüatlarını araşdırır və hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığını müəyyənləşdirir.

Kaliforniya ştatının Feyrfild şəhərində Hellouin kostyumları mağazasının yaxınlığındakı ticarət mərkəzində atəş açılıb. Hadisə nəticəsində 31 yaşlı hamilə qadın həlak olub, 16-43 yaş aralığında olan altı nəfər yaralanıb. Polisin ilkin məlumatına görə, hücum öncədən planlaşdırılıb.

Bayram şənliklərində də atışma hadisələri qeydə alınıb. Florida ştatının Ceksonvill şəhərində baş verən iki ayrı insident nəticəsində 17 yaşlı qız və 20 yaşlı kişi ölüb, daha 11 nəfər yaralanıb. Yaralılar arasında 15 yaşlı yeniyetmə qız var. Hadisələrdən birində münaqişə bayram tədbirinə daxil olmaq üçün növbə gözləyən şəxslər arasında başlayıb.

İllinoys ştatında İllinoys-Uesleyan Universitetinin yaxınlığında baş verən atışma 19 yaşlı qızın həyatına son qoyub. Bir neçə nəfər yaralanıb. Delaver Universitetinin yaxınlığında baş verən atışmadan sonra isə daha altı nəfər xəstəxanaya yerləşdirilib. Kanzas ştatında dörd nəfər xəstəxanaya aparılıb. Onlardan birinin üzünə təsadüfi güllə dəyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti