Tayvan sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Xəbər 1 Noyabr 2026 17:52 (UTC +04:00)
Tayvan sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Qurumun məlumatına əsasən, yeraltı təkanların episentri dənizdə, İlan şəhərindən 39,4 km şərqdə yerləşib. Ən güclü təkanlar İlan və Hualien dairələrinin bir neçə rayonunda hiss olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti