Bakı. Trend:
Paris Polis Prefekturası ötən gün paytaxtda bahalaşmaya qarşı etiraz aksiyalarının üçüncü mərhələsi zamanı hüquq-mühafizə orqanlarının beş əməkdaşının — dörd polis və bir jandarmın xəsarət aldığını bildirib. Onlardan üçü üzərinə Molotov kokteyli atılması nəticəsində yaralanıb.
Axşam saatlarında Fransanın daxili işlər naziri Loran Nunyez Parisdə mobil jandarm əməkdaşına Molotov kokteyli atılmasını “qətlə cəhd” kimi qiymətləndirib. O, iğtişaşçı qrupların hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı göstərdiyi “misli görünməmiş zorakılığı” pisləyib.
Polis prefekturası, həmçinin saat 21:00-a olan vəziyyətə görə, “Paris aqlomerasiyasında vəziyyətin sakit olduğunu” bildirib. Həmin vaxta qədər ümumilikdə 5745 yoxlama aparılıb, 79 nəfər saxlanılıb.
Ölkə üzrə isə daxili işlər naziri axşam saatlarında 40 min yoxlama aparıldığını açıqlayıb.
