Trampın Epşteynə məktubla bağlı The Wall Street Journal qəzetinə qarşı iddiası rədd edilib

Dünya xəbərləri Xəbər 1 Noyabr 2026 01:15 (UTC +04:00)
Trampın Epşteynə məktubla bağlı The Wall Street Journal qəzetinə qarşı iddiası rədd edilib

Bakı. Trend:

Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsi ABŞ Prezidenti Donald Trampın "The Wall Street Journal" qəzetinə qarşı böhtanla bağlı iddiasını rədd edib. İddiaya səbəb qəzetin 2003-cü ildə Trampın maliyyəçi və cinsi cinayətlərə görə məhkum edilmiş Ceffri Epşteynə ədəbsiz məzmunlu məktub ünvanladığını iddia edən məqaləsi olub.

“Məhkəmə cavabdehlərin düzəliş edilmiş iddia ərizəsinin rədd edilməsi barədə vəsatətini təmin etmək qərarına gəlib. İddianın düzəliş edilmiş versiyası yenidən təqdim edilmək hüququ olmadan rədd edilib”, – hakim Darrin Geylsin qərarında bildirilib.

Aprelin ortalarında Geyls Trampın böhtan iddiasının təmin edilməsi üçün kifayət qədər əsaslar təqdim edə bilmədiyi barədə qərar çıxarıb. Belə ki, Tramp jurnalistlərin qərəzli niyyətlə hərəkət etdiklərini, yəni bilərəkdən yalan məlumat dərc etdiklərini və ya həqiqətə qarşı ehtiyatsız münasibət göstərdiklərini sübut etməyib. Həmçinin müxbirlərin onun məktubun saxta olması ilə bağlı iddialarını yoxlamaqdan yayındıqlarını da sübuta yetirməyib.

Bundan sonra ABŞ lideri iddianın dəyişdirilmiş versiyasını təqdim edib.

Məhkəmə araşdırmasına WSJ-nin 2025-ci ilin iyulunda dərc etdiyi məqalə səbəb olub. Məqalədə iddia edilirdi ki, 2003-cü ildə 50 illik yubileyi münasibətilə Epşteynə hədiyyə edilmiş kitabda Trampın əl ilə çəkilmiş çılpaq qadın təsviri olan məktubu yer alıb.

Tramp həmin vaxt məktubun müəllifi olduğunu inkar edib və məhkəməyə müraciət edəcəyi ilə hədələyib. Daha sonra o, Merdoka, "Dow Jones & Co." nəşriyyat şirkətinə, onun ana şirkəti "News Corp."-a və baş direktoruna, eləcə də "The Wall Street Journal" qəzetinin iki jurnalistinə qarşı 10 milyard dollarlıq iddia qaldırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti