İranın cənubunda balıqçı qayıqlarına hücum olub – Hörmüzqan rəsmisi

Dünya xəbərləri Xəbər 31 Oktyabr 2026 16:11 (UTC +04:00)
İranın cənubunda balıqçı qayıqlarına hücum olub – Hörmüzqan rəsmisi
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm adası sahilinə yaxın ərazidə iki balıqçı qayığına ABŞ tərəfindən hücum olunub.

İranın Hörmüzqan vilayəti valiliyinin məlumatına görə, bunu vilayət valisinin müavini Əhməd Nəfisi deyib.

“Yerli vaxtla saat 11 radələrində Qeşm rayonunun Mesen kəndinin 18 milliyində iki balıqçı qayığına hücum edilib. Hər iki qayıqda iki sərnişin olub”, -deyə o qeyd edib.

Nəfisi bildirib ki, sərnişinlərdən ikisi hadisə nəticəsində yaralanıb və müalicə üçün xəstəxanaya göndərilib. İki sərnişin isə itkin düşüb, itkinlərin tapılması üçün xilasetmə əməliyyatı keçirilir.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti