Qubada bir sıra məktəb və bağçaların adları dəyişdirilib

Cəmiyyət Xəbər 31 Oktyabr 2026 10:36 (UTC +04:00)
Qubada bir sıra məktəb və bağçaların adları dəyişdirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Quba rayonunda yerləşən bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinin adları dəyişdirilib.

Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarında qeyd olunub.

Qərara əsasən, nazirliyin tabeliyindəki məktəbəqədər və ümumi təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib.

Quba rayonunun məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevka adı isə Çinarlı ilə əvəzlənib.

Ümumi təhsil müəssisələri üzrə isə Vladimirovka adı Elbir, Alekseyevka adı Çinarlı ilə dəyişdirilib.

Dəyişikliklər “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” 2026-cı il 12 may tarixli qanunun icrası ilə əlaqədar həyata keçirilib.

Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti