Bakı. Trend:
Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 2-dən 4-ə çatdırılacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, əlavə reyslərin təşkili ilə marşrut üzrə qatarların hərəkət cədvəli də yenilənəcək.
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti altıillik fasilədən sonra 2026-cı il mayın 26-da bərpa olunub. Bu istiqamətdə sərnişindaşımalar 2020-ci ilin martında COVID-19 pandemiyası ilə əlaqədar dayandırılmışdı.
