Litva məcburi hərbi xidmətə qayıdır

Dünya xəbərləri Xəbər 29 Oktyabr 2026 17:22 (UTC +04:00)
Litva məcburi hərbi xidmətə qayıdır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litva 2032-ci ildən etibarən bütün hərbi xidmətə yararlı vətəndaşları əhatə edən ümumi müddətli hərbi xidmətə çağırış sistemini tətbiq etməyi planlaşdırır.

Bu barədə ölkənin Dövlət Müdafiə Şurasının qərarında bildirilib.

Litva Prezidenti Gitanas Nausedanın hesablamalarına görə, yeni sistem çərçivəsində hər il təxminən 7 500 nəfərin müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulur.

Qərar Litvanın müdafiə qabiliyyətinin gücləndirilməsi və silahlı qüvvələrin şəxsi heyətlə təminatının artırılması istiqamətində atılan addımlardan biridir.

Litva NATO üzvüdür və Rusiya ilə Belarusun qonşuluğunda yerləşir. Regionda təhlükəsizlik məsələlərinin aktuallığı fonunda Baltikyanı ölkələr müdafiə xərclərini və hərbi hazırlıq imkanlarını artırmağa çalışırlar. Ümumi çağırış sisteminin tətbiqi Litvanın uzunmüddətli müdafiə planlarının bir hissəsi kimi nəzərdən keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti