Ceyranbatanda məktəbdə zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu

Hadisə Xəbər 29 Oktyabr 2026 17:28 (UTC +04:00)
Ceyranbatanda məktəbdə zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün saat 15:50 radələrində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən təcili yardım çağırışı qeydə alınıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq verilən məlumatda qeyd edilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

"Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub" - deyə əlavə edilib.

Qeyd edək ki, Ceyrabatan qəsəbə məktəbində şagirdlərin kütləvi zəhərlənmə hadisəsi baş verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti