Bakı.Trend:
Polşa Ukraynaya növbəti hərbi yardım paketi çərçivəsində iki "MiQ-29" qırıcısı verməyi planlaşdırır.
"Rzeczpospolita" qəzeti bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovskinin açıqlamasına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, qırıcıların birinin uçuş resursu tam tükənib, digəri isə hələ də Polşa Hərbi Hava Qüvvələri tərəfindən istismar olunur. Təyyarələrin yaxın vaxtlarda təhvil veriləcəyi bildirilir.
Hərbi yardım paketinin ümumi dəyəri təxminən 50 milyon avro təşkil edəcək. Ukraynaya iki MiQ-29-dan başqa hansı silahların veriləcəyi açıqlanmayıb.
