Manatın dövretmə sürəti sentyabrda artıb

İqtisadiyyat Xəbər 28 Oktyabr 2026 16:31 (UTC +04:00)
Manatın dövretmə sürəti sentyabrda artıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bu il sentyabr ayının sonuna Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,02 bənd təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən apardığı hesablamaya görə, bu göstərici 2026-cı ilin avqust ayının sonu ilə müqayisədə 0,06 bənd və ya 2,03 faiz çox, 2025-ci ilin sentyabr ayının sonu ilə müqayisədə isə 0,39 bənd və ya 11,4 faiz azdır.

Belə ki, 2026-cı ilin avqust ayının sonuna manatın dövretmə sürəti 2,96 bənd, 2025-ci ilin sentyabr ayının sonuna isə 3,41 bənd təşkil edib.

AMB-nin statistik məlumatlarına əsasən, 2026-cı ilin əvvəlindən manatın dövretmə sürəti 2,83- 3,02 bənd aralığında dəyişib. Yanvar ayının sonuna bu göstərici 2,84 bənd, fevral ayının sonuna 2,83 bənd, mart ayının sonuna 2,97 bənd, aprel ayının sonuna 2,96 bənd, may ayının sonuna 2,96 bənd, iyun ayının sonuna 3,02 bənd, iyul ayının sonuna 3,00 bənd, avqust ayının sonuna isə 2,96 bənd olub.

Məlumata əsasən, 2025-ci il ərzində də manatın dövretmə sürətində dəyişikliklər qeydə alınıb. İlin əvvəlində, yəni yanvar ayının sonuna göstərici 3,26 bənd təşkil edib. Fevralda 3,23 bənd, martda 3,36 bənd, apreldə 3,33 bənd, mayda 3,36 bənd, iyunda 3,37 bənd, iyulda 3,39 bənd, avqustda 3,38 bənd, sentyabrda 3,41 bənd, oktyabrda 3,45 bənd, noyabrda 3,38 bənd, dekabrda isə 3,20 bənd olub.

İllik məlumatlara görə, manatın dövretmə sürəti 2015-ci ilin sonunda 6,26 bənd, 2016-cı ildə 5,20 bənd, 2017-ci ildə 5,63 bənd, 2018-ci ildə 5,45 bənd, 2019-cu ildə 4,48 bənd, 2020-ci ildə 3,57 bənd, 2021-ci ildə 3,89 bənd, 2022-ci ildə 4,53 bənd, 2023-cü ildə 3,48 bənd, 2024-cü ildə isə 3,45 bənd təşkil edib.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda 2,68 bənd səviyyəsində qeydə alınıb. Göstəricinin ən yüksək həddi isə 2005-ci ildə 15,72 bənd təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti