ABŞ Bolsonaru və ailəsinə viza verib

Dünya xəbərləri Xəbər 28 Oktyabr 2026 04:31 (UTC +04:00)
ABŞ Bolsonaru və ailəsinə viza verib

Bakı. Trend:

ABŞ administrasiyası Braziliyada keçirilən prezident seçkilərində məğlub olan Flaviu Bolsonaru və onun ailə üzvlərinə viza verib.

Bu barədə Tramp administrasiyasının yüksəkvəzifəli rəsmisi “Axios”a məlumat verib.

Məlumata görə, qərar Braziliyanın hazırkı Prezidenti Luis İnasiu Lula da Silvanın keçmiş dövlət başçısı Jair Bolsonarunun oğlu Flaviu Bolsonaru üzərində prezident seçkilərində qələbə qazanmasından bir neçə gün sonra qəbul edilib.

ABŞ administrasiyasının rəsmiləri Bolsonaru və ailə üzvləri Birləşmiş Ştatlara təhlükəsiz şəkildə çatana qədər məsələ ilə bağlı əlavə şərh verməyəcəklərini bildiriblər.

Qeyd edək ki, oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turunda Lula da Silva yenidən qalib gəlib.

Xəbər lenti

Xəbər lenti