Hakimlər sosial şəbəkələrdə dini paylaşımlar edə bilməyəcək – yeni tələblər

Cəmiyyət Faktlar 27 Oktyabr 2026 16:01 (UTC +04:00)
Hakimlər sosial şəbəkələrdə dini paylaşımlar edə bilməyəcək – yeni tələblər
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Hakimlər dini etiqadlarını açıq şəkildə təbliğ etməməli, sosial şəbəkələrdə dini təşviqat xarakterli paylaşımlar etməməli və məhkəmə qərarlarında dini mətnlərə istinad etməməlidirlər.

Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, Hakimlərin Etik Davranış Kodeksinin yeni redaksiyasında hakimlərin dini etiqad və əqidələrini nümayiş etdirməsi ilə bağlı daha konkret tələblər müəyyənləşdirilib.

Yeni müddəalara əsasən, hakim dini mənsubiyyətini məhkəmə prosesinin iştirakçılarına heç bir formada büruzə verməməli, dini xarakterli fikirlər nümayiş etdirməməli və qərarlarında dini mətnlərə və ya ehkamlara istinad etməməlidir.

Tələblər hakimin işdənkənar davranışını da əhatə edir. Hakimlərin media və sosial şəbəkələrdən istifadə zamanı paylaşdıqları məzmun onların müstəqilliyini şübhə altına ala biləcək dini təbliğat və təşviqat xarakteri daşımamalıdır.

Kodeksin əvvəlki redaksiyasında isə hakimlərin irqi, cinsi, dini və ya milli xarakterli fikirlər nümayiş etdirməməli və hər hansı ayrı-seçkiliyə yol verməməli olduqları qeyd edilirdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti